EN

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO

Aprelin 20-də IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsabiqədə olimpiadanın respublika turunu keçən 100-ə yaxın şagird iştirak edib.
 
Moderator.az xÉ™bÉ™r verir ki, olimpiadanın təşkilatçıları BDU, AzÉ™rbaycan Respublikasının TÉ™hsil Ä°nstitutu,  N.Tusi adına Åžamaxı Astrofizika RÉ™sÉ™dxanası, Respublika UÅŸaq-GÉ™nclÉ™r Ä°nkiÅŸaf MÉ™rkÉ™zi vÉ™ “HÉ™vÉ™skar Astronomiya CÉ™miyyÉ™ti” Ä°ctimai Birliyidir.
 
Olimpiadanın final mərhələsinin qalibləri bu il 17-26 avqust tarixlərində Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaq və seçmə imtahanından uğurla keçən komanda ölkəmizi beynəlxalq olimpiadada təmsil edəcək.
 
Qaliblər Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
5
moderator.az

6Sources