Parisdə Fransa prezidenti Emmanuel Makronla Nobel mükafatı laureatı, “Novaya qazeta”nın keçmiş baş redaktoru Dmitri Muratov arasında görüş olub.
Azpost.info xəbər verir ki, bu barədə Fransa lideri Tviter-də (X) yazıb.
Makron bildirib ki, onlar Fransa prezidentinin mart ayında təklif etdiyi Olimpiya atəşkəsi mümkünlüyünü müzakirə ediblər.
“Fransa hər zaman azad, plüralist və müstəqil məlumat üçün azadlıq müdafiəçilərinin yanında olacaq”, – Makron qeyd edib.
Qeyd edək ki, Makron bu ilin iyulunda Parisdə start götürəcək Olimpiya Oyunları zamanı Qəzza və Ukraynada atəşkəsə nail olunmasını istəyir.
Azpost.info