EN

Amerikalı iş adamı Rusiyaya qarşı sanksiyalara görə həbs edilib

ABŞ-da biznesmen və Amerikanın "Metalhouse LLC" şirkətinin rəhbəri Con Kan Anslan Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin press-relizində deyilir.

“Orlando, Floridada yerləşən polad ticarəti şirkəti Metalhouse LLC-nin prezidenti Xurrem Kan Ansalan kimi tanınan Con Kan Ansalan pulların yuyulması və ABŞ sanksiyalarının pozulmasına köməklik göstərməkdə ittiham olunaraq 6 il həbs cəzasına məhkum edilib”.

Aprelin 10-da Avropa İttifaqının Lüksemburqdakı Ümumi Yurisdiksiya Məhkəməsi Rusiyadan olan iki milyarderə: Mixail Fridman və Peter Avenə qarşı sanksiyaları ləğv edib. Fridman məhkəmənin qərarından razı qaldığını qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
Sources
Comment ()
Close