EN

Cavanşir Məmmədovun ölüm səbəbi...

Xəbər verdiyimiz kimi, əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Kult.az xəbər verir ki, onun ölüm səbəbi açıqlanmasa da, ürəktutmadan dünyasını dəyişdiyi iddia edilir.

Belə ki, bu gün səhər saatlarında qəfil halı pisləşən əməkdar artistə təcili yardım çağırılsa da, həkim gələnə qədər o, artıq dünyasını dəyişib.

Qeyd edək ki, C. Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. Atası, respublikanın əməkdar artisti İrşad Məmmədov dəf çalan olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
50
Sources
Comment ()
Close