EN

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

TƏBİB
Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib. “Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir. 13:04 Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib. 1news.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
50
Sources
Comment ()
Close