Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşədövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, real ifadədə6,7 faiz artaraq 452,1 milyon manat olub.
Bu barədə Trend-əDövlət Statistika Komitəsindən məlumat verilib.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 faizi hüquqişəxslərin, 49 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğulolan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,4 faiz artaraq227,9 milyon manat olub.
Ümumilikdə 2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilənödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü iləmüqayisədə, real ifadədə 5,8 faiz artaraq 2827,4 milyon manat olub.Hüquqi şəxslər tərəfindən əhaliyə 2136,9 milyon manatlıq xidmətgöstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 faizinitəşkil edib.