EN

Gözləyirlər - AFFA da, AFFA-nı da...

Azərbaycan futbolunda tarixi proseslərin cərəyan etdiyi ili yaşayırıq. 16 ildən sonra, məhz bu il durğunluq, monopoliya tərpədildi. Artıq AFFA yeni idarəetmədə və yeni forma(t)dadır.

Şəxsi təcrübəmdən subyektivimi açıqlamaq istərdim - əslində, qurum ətrafında "məxməri inqilab" baş verdi... İnqilab sözündən çəkinmək gərək deyil, burada sözün məhsuldar, pozitiv mənasından söhbət gedir.

Qısaca, hazırkı forma böyük ölçüdə xeyli əvvəldən hazır idi, sadəcə bu günə keşməkeşli yollarla gəldik...

Hər necəsə, artıq neqativ bidonu, uğursuzluqlar simvolu Elxan Məmmədov artıq "zərərsizləşdirilib". Hərçənd, hələ də hansısa həmlələri istisna etməməkdə fayda var. Ehtiyatı bir müddət də əldən vermək olmaz...

Üstəlik, adamın bu industriyada kök salmış "drujinası" da nəzərdən qaçmamalıdır - "metastaz" təhlükəsi izlənməlidir. Ən pis halda, "partizan mübarizəsi" danılmazdır. Sayıq olmaqda fayda var...

Həmkarlarımdan birinin yazısında qeyd edildiyi kimi, hələlik bu səhifəni qapatmaq olar. İndi yeni səhifə açmağın zamanıdır.

AFFA-nın yeni idarəetmə kabineti özünü formalaşdırmalıdır. Daha doğrusu, tam format bilinməlidir.

Artıq BİZDƏN yan qaçan, uzaq duran tipajlar yox, BİZƏ SARI gələnlərdir yeni kabinetdəkilər. Bir növ, futbolyönlü ad çox az olsa da, futbolumuzun yönlü olmasını könüldən istəyən kəslər çoxdur yeni isteblişmentdə...

Keçmişin aqressiv, qara pərdələrini unudaq, önümüzə baxaq.

Gözləyirik. Hamımız. AFFA da... Gözləyir - "feedbacklar", ideyalar, layihələr, dəstək və s.

Gözləyirik - AFFA-nı... Ki, artıq tutarlı tərpəniş zamanıdır. İllərlə qabardılmaqdan əzbər çevrilmiş problemlərin həlli üçün qərarlar qəbul etməyə isə çox gözləməyə dəyməz. Çoxdan bilinən şeylərin düzəlməsi üçün tərpəniş... Bəli, artıq olmalıdır.

Uşaq futbolu, infrastruktur, kadr problemi, liqaların vəziyyəti/formatı, futbolumuzun ictimaiyyətlə kommunikasiya - təməl meyarlardır.

Nə vaxt olacaq İcraiyyə Komitəsinin növbəti iclası?

Toplaşıb, bunlardan başlamaq lazımdır.

Gözləntilərin gətirdiyi nigaranlıqdan doğan bir sakitlikdir bu. Həmişə belə olmayacaq amma. İK-nın ilk iclasından dərhal sonra artıq bilinəcək - mənzil və niyyət uzlaşırmı...

Bəzi sədaları var - məsələn, köklü audit bunların arasında ən diqqətçəkəndir. Deməli, artıq maliyyə kirliliyinə yol verilməyəcəyi bəlli olur və bu, müsbət məqamdır. Hər bir qərar üçün ciddi araşdırmaların aparılması haqda xəbərlər var. Bu da xoş məqamdır.

Ona görə də heç bir fərdə, subyektivə yönəlmədən, detalçılıqdan uzaq qalmaqla - gözləmək davam edir...

İlk qərarlardan belə tutarlı addımların atılacağını ümid edək..

Elçin Cəlilov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
Sources
Comment ()
Close

Rating

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
1830
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1531
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1190
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1012
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
831
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
815
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
642
Röyanın biabırçı videosu yayıldı
619
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
611
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
539
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
513
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
489
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
484
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
453
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
447
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
434
Sabah 20 dərəcə isti olacaq
357
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
354
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
309
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
305