Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun iki oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutacaq. Çempion “Qarabağ” öz meydanında “Qəbələ” ilə qarşılaşacaq. Məğlubiyyət qəbələlilərin turnir cədvəlində sonuncu olmasını rəsmiləşdirəcək.
Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda yarışan “Zirə” və “Neftçi” Zirədə üz-üzə gələcək. Bir xal fərqlə qonşu pillələrdə qərarlaşan komandaların duelində qalib tərəf böyük üstünlük qazanacaq. Qeyd edək ki, turun ilk oyununda “Sumqayıt” səfərdə “Turan Tovuza” 4:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
31-ci tur
20 aprel
16:30. "Qarabağ" – "Qəbələ"
Baş hakim: Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu
19:00.
"Zirə" – "Neftçi"
Baş hakim: İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Rəşad Rafiqoğlu, Bizim.Media