Bakı, 20 aprel, AZƏRTAC
Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, həlledici oyunda “Xəzri” və “Neftçi” komandaları üz-üzə gələcək. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək matç saat 15:00-da başlayacaq.
Xatırladaq ki, “Xəzri” yarımfinalda “NTD-İndiqo”nu, “Neftçi” isə “Sərhədçi”ni məğlub edərək finala vəsiqə qazanıb.