ABŞ İsrailə 1 milyard dollarlıq hərbi yardım göstərməyi düşünür.
NOCOMMENT.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, Co Bayden hökuməti Təl-Əvivi 1 milyard dollardan çox dəyərində silahlarla təchiz etməyi planlaşdırır.
Məlumata görə, ABŞ hökuməti İranla gərginlik fonunda İsrailə bu dəstəyi göstərmək niyyətindədir.
Qeyd edək ki, ABŞ-nin hərbi yardımı Qəzzada hərbi əməliyyatların başlamasından bəri ən böyük yardım paketlərindən biri olacaq. Bu paketə tank sursatları, minaatanlar, hərbi maşınlar daxildir.