EN

“Qaralar”la son sınaq

Bakı. Trend:

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılarTurnirində XIII turun oyunları baş tutacaq.

Trend İdman.biz-əistinadən xəbər verir ki, iştirakçılar bir günlük fasilədən sonralövhə arxasına keçəcəklər.

Azərbaycan şahmatçısı Nicat Abasov sonuncudan əvvəlki turdaVidit Santoş Qujrati ilə üz-üzə gələcək. 29 yaşlı təmsilçimiz qarafiqurlarla axırıncı sınağına çıxacaq.

İddiaçılar Turniri
XIII tur, 20 aprel

Yan Nepomnyaşi – Hikaru Nakamura
Rameşbabu Praqnanandja – Fabiano Karuana
Vidit Santoş Qujrati – Nicat Abasov
Dommaradju Qukeş – Alireza Firuzca

Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan), 2.Hikaru Nakamura (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 7,5, 4. FabianoKaruana (ABŞ) – 7, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 6,5, 6.Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) –4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, XIV turun matçları aprelin 21-də təşkil olunacaq.Ağ fiqurlarla oynayacaq Nicat turnirdəki son matçında RameşbabuPraqnanandja ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
140
1
az.trend.az

10Sources