Astana. Trend:
Aprelin 26-da Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyininmətbuat xidməti məlumat yayıb.
“İclasda ŞƏT-ə üzv dövlətlərin müdafiə idarələrininrəhbərlərinin, onun baş katibinin, təşkilatın Regional AntiterrorQurumu İcraiyyə Komitəsinin direktoru və Belarusun müdafiənazirinin iştirakı gözlənilir”, - məlumatda deyilir.
Qeyd edək ki, iyulun 3-4-də Astanada ŞƏT-ə üzv dövlətlərinbaşçılarının növbəti sammiti keçiriləcək. Sammit “Çoxtərəflidialoqun gücləndirilməsi – davamlı sülh və inkişaf” mövzusuna həsrolunacaq.