Bakı. Trend:
Bakıda 22 yaşlı qadın qətlə yetirilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətairayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızınınkəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumatdaxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı,2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünəxəsarət yetirib. O xəstəxanya yerləşdirilib.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.