EN

Blinkendən Bakı-İrəvan razılaşmasına REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın iki ölkə arasında sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayır.

Day.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken "X" hesabında bildirib.

"Bu, dayanıqlı sülh sazişinin bağlanması yolunda mühüm addımdır", - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
26
Sources
Comment ()
Close