II Liqada XXI turun görüşləri keçirilib.
"Baku Sportinq" öz meydanında "Kürmük Qax"ı qəbul edib.
Qarşılaşma Buzovna təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabdan elə görünə bilər ki, lider 3 xalı asanlıqla ədə edib.
Belə deyil. Turnir cədvəlində axırıncı yerdə gedən Qax təmsilçisi birinci yerin sahibinə müqavimət göstərib, bir neçə təhlükəli epizod yaradıb.
Onlardan yalnız Revazi Otaraşvili «çərçivə»yə düşə bilib. Gürcü hücumçunun qolu kifayət qədər baxımlı alınıb.
Revazi təqribən 25 metr məsafədən birbaşa qapını nişan alıb: top uzaq «doqquzluğ»a sancılıb.
Elman Sultanovun komandası da pis təsir bağışlamayıb. Röyal Nəcəfovu yaddan çıxarmamalıyıq.
AZAL-dan tanıdığımız hücumçu 14-cü qolunu vurmaqla yanaşı, iki məhsuldar ötürməylə yadda qalıb.
Bəlkə də hesabı erkən açmasaydılar, işləri bir qədər çətin olacaqdı. Təcrübə və səviyyə fərqi burada üzə çıxıb.
Xallarını 49-a yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 11 xalı olan "Kürmük Qax" isə sonuncu yerdədir.
SPORTİNFO.AZ
Binə qəsəbə stadionu. 40 tamaşaçı Baş hakim: Rövşən Rəcəbov Baş hakimin köməkçiləri: Rasim Axundov, Anar Bədəlov Dördüncü hakim: Fəridə Lütfəliyeva Hakim-inspektor: Gülağa Cabarov AFFA nümayəndəsi: Seymur Səlimli Sarı vərəqələr: Revazi Otaraşvili, 36 (qeyri-idman hərəkəti); Cavidan Ömərli, 83 (qeyri-idman hərəkəti) Qollar: Hakan Həsənov, 16; Elgün Abbaslı, 34, 78; Elməddin Hüseynzadə, 45; Röyal Nəcəfov, 57 // Revazi Otaraşvili, 44 Artırılan vaxt: I hissədə - yoxdu; II hissədə - yoxdur. | | |
“Baku Sportinq” 1. Cəfər Əlizadə 13. Comərd Baxşəliyev 25. Qərib İbrahimov 27. Bəxtiyar Soltanov 9. Röyal Nəcəfov (k) 4. Elşad Manafov 10. Elgün Abbaslı 8. Aqşin Paşayev (15. Azad Rəcəbov, 83) 32. Elməddin Hüseynzadə 2. Ramil Rüstəmov 99. Hakan Həsənov (6. Ağası Babayev, 46) Ehtiyat oyunçular: 22. Vaqif Şirinbəyov 19. Hüseyn Axundov 17. Hüseyn Əliyev Baş məşqçi: Elman Sultanov | “Kürmük Qax” 34. Səbuhi Əhmədov (k) 8. Səbuhi Kazımov 61. Şamil Rəcəbli 85. Cavidan Ömərli 4. Təbriz Feyzullayev 10. Ehtiram Kərimov (13. Sərxan Mirzəyev, 56) 23. Revazi Otaraşvili 77. Roma Dukaşvili 16. Büsat Süleymanov 11. Nurlan Camallı 21. Rəvan Qurbanzadə (22. Fərid Məhyəddinov, 68) Ehtiyat oyunçular: 1. Murtuzəli Cabbarov 44. Surxay Mikayılov 14. Vüqar Məmmədli 26. Fuad Osmanlı 17. Musa Kərimli 99. Elvin Süleymanov Baş məşqçi: Telman Kərimov | |