EN

Ekvadorda fövqəladə vəziyyət elan edilib

Ekvadorda enerji sistemində baş verən böyük böhran səbəbindən iki aylıq milli fövqəladə vəziyyət elan edilib.

APA xəbər verir ki, bu barədə ölkə lideri Daniel Noboa fərman verib.

“Ciddi daxili iğtişaşlar və elektrik enerjisi sahəsində fövqəladə vəziyyət nəticəsində ölkə ərazisində baş vermiş ictimai fəlakətlə əlaqədar əhaliyə elektrik enerjisi xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədi ilə fövqəladə vəziyyət elan edilsin”, - deyə prezident fərmanından çıxarışlar verilib.

60 gün müddətində qüvvədə olacaq fövqəladə vəziyyət fərmanı “təxribat, terror hücumları və digər təhlükələrin qarşısını almaq üçün” kritik enerji infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün polis və hərbi qüvvələrin səfərbər edilməsini əmr edir.

Əsasən quraqlıq səbəbindən su elektrik stansiyalarının dayanıb.

İstehlakçılar 8 saata qədər elektrik enerjisiz qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
168
6
Sources
Comment ()
Close