EN

Türkiyə ilə sərhəddə 400 kiloqram heroin ələ keçirildi

Bolqarıstanın hüquq-mühafizə orqanları Türkiyə ilə sərhəddə yerləşən Kapitan Andreevo keçid məntəqəsində 400 kiloqram heroin müsadirə ediblər.

Məlumata görə, narkotik vasitələr daşınma zamanı döşəklərin arasında gizlədilib və “risk analizi” əsasında yükün hərtərəfli yoxlanılması həyata keçirilərkən aşkarlanıb.

Digər təfərrüat açıqlanmayıb.

İstintaq Haskovo Şəhər Prokurorluğunun rəhbərliyi ilə davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
6
Sources
Comment ()
Close