EN

Tək əsgər 

Telefonumun şarjı ən az 24-30 saat sürür.

Bu gün günortadan bəri 2-ci dəfədir şarja taxmışam.
Haradasa 100-dən çox zəng, 100-dən çox təbrik mesajı və göz aydınlığı.


Uşaqlıq yoldaşlarımdan tələbəlik dostlarıma, həyatda bir dəfə olsun Qazaxı görməyən tanışlarım və sosial şəbəkə izləyicilərimdən qazaxlı qohum-əqrabalara qədər saysız-hesabsız audio və video zənglər, Əskiparanın bənzərsiz təbiət mənzərələrindən Alban abidələrinə qədər çox sayda kliplər və s.

 

Xaricdə səfərdə olan bacanağım 7-8 dəfə zəng vurub bayaqdan…məndən yaşca böyükdür…kövrəlib, nəsə demək istəyir, amma deyə bilmir…desə özünü saxlaya bilməyəcək…


Hər dəfə zəng vuran başqa bir dostum (anası Əskiparalıdır) mesaj atır. Bilir ki, səsli danışsa, dayana bilməyəcək…ağlayacaq…

 

Ağsaqqal və ya Qazax deyimi ilə “Ağır Taxtalılar” zəng edirlər – Alqış edirlər Dövlət Başçısına.


Məmməd Musyaev özünə xas soyuqqanlıqla nəsə deyir, amma onun da səsi titrəyir.
Bir dəqiqə nəsə danışır, üç dəqiqə sonra yenə zəng vurur…bəlli ki, boğazını arıtlayıb: “Allah Prezidenti qorusun, bir güllə atmadan problemi həll etdi”…


Qazax Xeyriyyə Cəmiyyətinin sədri prof.İlham Pirməmmədov Qazaxda insanların küçələrə töküldüyünü deyir…sevinçlidir o da, “İki gün əvvəl Qazaxdaydım, keşkə bu gün orda olaydım” deyir.
Ardınca əziz dostum Rasim Muzaffarli video-zəng vurur, “Rafael müəllimlə bir yerdəyik. Səni təbrik edirik”. Hər zamankı kimi sevinci doya-doya yaşayan Rasim bu səfər daha coşqu ilə danışır. Telefonun kamerasını görkəmli alim, Ağabeyim, akademik Rafael Huseynə çevirir. Hər cümləsində bir vurğu, məna və hikmət olan Rafael müəllimin ürəyi doludur, böyük həzz və qürurla onun təbrik cümlələrini dinləyirəm: “Bir azdan evə gedirəm, sabah “Xalq qəzeti”nə bir yazı yazacam”…


Bir az pauza verib “Məqalənin adı nə olacaq bilirsənmi?”…”TƏK ƏSGƏR” adlandıracam yazımı".

 

20 aprel axşam 21.00-24.00 arası Haber Global kanalının canlı yayınında olacam.
Mikrofonlar, studiya, işıqlar və kameralardan özünü itirməyən biri kimi nəsə həyəcanlanmağa başlamışam. 


İkinci dəfədir bu hissi yaşayıram.
Birinci dəfə Şuşa alınanda bu vəziyyətə düşmüşdüm.
O gün günorta Habertürk TV kanalında danışırdım.
Yayım bitəndə “İndi növbə Qazaxın kəndlərindədir” demişdim…

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14335
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11327
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9220
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3077
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2620
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2342
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2320
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2167
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1650
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
814
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
772
Azərbaycan nefti ucuzlaşdı
766
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
726
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
696
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
693
Arda Gülər dayanmır, yenə fərqləndi -
605