EN

Ermənistanla delimitasiya danışıqları müsbət nəticələndi, kəndlərin qaytarılmasına nail olundu - RƏY + FOTO

“Azərbaycan və Ermənistan arasında uzun müddətdir aparılan delimitasiya danışıqları müsbət nəticələndi və kəndlərin qaytarılmasına nail olundu”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Qazax rayonunun erməni işğalında olan dörd kəndinin Azərbaycana qaytarılması haqqında danışarkən deyib.

O qeyd edib ki, sərhədlərin delimitasiya komissiyasının danışıqları nəticəsində əldə olunan razılıqlar mərhələli şəkildə həyata keçiriləcək:

“Yəni ortada razılaşma varsa, artıq delimitasiya, demarkasiya məsələləri də yavaş-yavaş tam həllini tapacaq. Bizim üçün hazırda iki məsələ ciddidir. Bunun birincisi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, bir-birinin dövlət sərhədlərinin tanınması, ikincisi Zəngəzur dəhlizinin açılmasıdır. Bütün bunlar dövlət səviyyəsində diqqətdədir və buna nail olacağıq”.

V.Əhmədov bildirib ki, sərhəd məsələsinin tamamilə həlli bir qədər zaman tələb edə bilər.

“Çünki delimitasiya və demarkasiya prosesi, o cümlədən Cənubi Qafqazda sülhə nail olunması mərhələli şəkildə aparılır və bunun birdən-birə həyata keçirilməsi çətindir. Biz bütün çətinliklərin uğurlu siyasət nəticəsində həllini tapdığını müşahidə etdik. Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması da məhz Prezident İlham Əliyevin iradəsi, qətiyyəti sayəsində reallaşdı. Ümid edirik ki, digər kəndlərimizin qaytarılması, bütün məsələlərin həlli də Ali Baş Komandanın uğurlu daxili və xarici siyasəti ilə müsbət nəticələnəcək”, - o vurğulayıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
114
2
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9859
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7936
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1587
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1579
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1512
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1484
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1464
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
934
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
660
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
546
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
318
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
228
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
223