EN

ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də qeydə alınmış insanın inəkdən quş qripi A(H5N1) virusuna ilk yoluxma halı ilə əlaqədar ölkələrə heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizliyi gücləndirməyi tövsiyə edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Ölkələri sayıq olmağa, insanların yoluxması halları baş verən zaman bu barədə dərhal məlumat verməyə, virus genomu ardıcıllığını və digər məlumatları paylaşmağa və heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq”, - Cenevrədə keçirilən brifinqdə ÜST-nin Qriplə Mübarizə üzrə Qlobal Proqramının rəhbəri Ventsin Çjan bildirib.

O qeyd edib ki, bu ilin mart ayından etibarən ABŞ-nin səkkiz ştatında A(H5N1) 29 heyvan təsərrüfatında virusa yoluxma halı qeydə alınıb.

ABŞ hökuməti aprelin 1-də Texasda insanın A(H5N1) virusuna yoluxması faktı ilə bağlı ÜST-yə məlumat verib.

“Texas ştatındakı olay insanın inəkdən quş qripinə yoluxması ilə bağlı ilk haldır. “Hazırkı yoluxma epidemiyalarında virusun quşdan inəyə, inəkdən inəyə və inəkdən quşa ötürülməsi də qeydə alınıb. Ona görə də virusun əvvəllər düşündüyümüzdən fərqli ötürülmə yolları tapdığını düşünə bilərik”, - ÜST proqramının rəhbəri deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
137
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22847
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14387
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12944
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11310
Helikopterin qalıqları tapılıb
8634
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6886
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5120
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4405
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3739
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3104
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2777
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1598
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1341
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324