EN

Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb

"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçisi Arda Gülərə icarəyə getməyi məsləhət görüb.

Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

19 yaşlı yarımmüdafiəçi ilə bir çox İspaniya klubları maraqlanır. Madrid təmsilçisinin rəhbərliyi hələ futbolçunun gələcəyi ilə bağlı qərar verməyib. Ançelotti isə ona daha çox oyun şansı almaq üçün icarəyə getməyi məsləhət görüb.

Qeyd edək ki, Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Lakin futbolçu komandada cəmi 7 oyun keçirib. Güler bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb. Oyunçu 1 qola imza atıb.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
1
bizim.media

2Sources