Laçında bədbəxt hadisə baş verib.APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb.Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb.Faktla bağlı araşdırma aparılır.