Hindistanda bir mədəndə indiyə qədər yaşamış ən böyük ilanlardan biri olduğu təxmin edilən bir ilana aid təxminən 47 milyon illik fəqərə aşkar edilib.
News24.az "Cebhe.info"ya istinadla xəbər verir ki, "Scientific Reports" jurnalında dərc olunan araşdırmaya görə, Qucarat ştatının qərbindəki  kömür mədənində ilana aid 27 fəqərə tapılıb.
Elm adamları fəqərələrin hind mifologiyasındakı "ilan padşahı"na istinad edərək "Vasuki indicus" adlandırdıqları və 11-15 metr uzunluğunda olduğu təxmin edilən ilan növünə aid olduğunu bildiriblər.
Temperaturun daha yüksÉ™k olduÄŸu vÉ™ tÉ™xminÉ™n 47 milyon il É™vvÉ™l Hindistanda yaÅŸadığı güman edilÉ™n  ilanın böyük bir pitona bÉ™nzÉ™diyi deyilir. Onun zÉ™hÉ™rli olmadığını ifadÉ™ edÉ™n araÅŸdırmaçılar "Vasuki indicus"un çəkisinin 1 tona çata bilÉ™cÉ™yini tÉ™xmin etdiklÉ™rini qeyd ediblÉ™r.Â
Tədqiqatçılar ilanın təxmini ölçüsünü müəyyən etmək üçün 2005-ci ildə kəşf edilən "Vasuki indicus"un onurğa qalıqlarını canlı ilan skeletləri ilə müqayisə ediblər.
TÉ™dqiqatçılardan Debajit Datta böyüklüyünÉ™ görÉ™ "Vasuki indicus"un ovunu pusquya salaraq É™lÉ™ keçirÉ™n yavaÅŸ hÉ™rÉ™kÉ™t edÉ™n yırtıcı olduÄŸunu deyib.Â
Datta qeyd edib ki, nəhəng ilan fosilinin ətrafında tapılan pişik balığı, tısbağa, timsah və ibtidai balina qalıqları "Vasuki indicus"un bataqlıq ərazilərdə yaşadığını və bu heyvanları ovlamış ola biləcəyini göstərir.
Qeyd edək ki, Asiyanın torlu pitonu 10 metr uzunluğunda "bu gün yaşayan ən böyük ilan" kimi tanınır.