EN

47 milyon il yaşı olan "ilan padşahı" tapılıb

Hindistanda bir mədəndə indiyə qədər yaşamış ən böyük ilanlardan biri olduğu təxmin edilən bir ilana aid təxminən 47 milyon illik fəqərə aşkar edilib.

News24.az "Cebhe.info"ya istinadla xəbər verir ki, "Scientific Reports" jurnalında dərc olunan araşdırmaya görə, Qucarat ştatının qərbindəki  kömür mədənində ilana aid 27 fəqərə tapılıb.

Elm adamları fəqərələrin hind mifologiyasındakı "ilan padşahı"na istinad edərək "Vasuki indicus" adlandırdıqları və 11-15 metr uzunluğunda olduğu təxmin edilən ilan növünə aid olduğunu bildiriblər.

Temperaturun daha yüksək olduğu və təxminən 47 milyon il əvvəl Hindistanda yaşadığı güman edilən  ilanın böyük bir pitona bənzədiyi deyilir. Onun zəhərli olmadığını ifadə edən araşdırmaçılar "Vasuki indicus"un çəkisinin 1 tona çata biləcəyini təxmin etdiklərini qeyd ediblər. 

Tədqiqatçılar ilanın təxmini ölçüsünü müəyyən etmək üçün 2005-ci ildə kəşf edilən "Vasuki indicus"un onurğa qalıqlarını canlı ilan skeletləri ilə müqayisə ediblər.

Tədqiqatçılardan Debajit Datta böyüklüyünə görə "Vasuki indicus"un ovunu pusquya salaraq ələ keçirən yavaş hərəkət edən yırtıcı olduğunu deyib. 

Datta qeyd edib ki, nəhəng ilan fosilinin ətrafında tapılan pişik balığı, tısbağa, timsah və ibtidai balina qalıqları "Vasuki indicus"un bataqlıq ərazilərdə yaşadığını və bu heyvanları ovlamış ola biləcəyini göstərir.

Qeyd edək ki, Asiyanın torlu pitonu 10 metr uzunluğunda "bu gün yaşayan ən böyük ilan" kimi tanınır.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
125
35
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14356
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11327
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9220
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3077
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2624
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2342
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2322
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2167
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1650
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
772
Azərbaycan nefti ucuzlaşdı
766
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
696
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
693
Arda Gülər dayanmır, yenə fərqləndi -
605