EN

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir

“Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir”. Bunu “Report”a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin Qazax rayonundan seçilən deputatı Səməd Seyidov deyib.

 

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan regionda və dünyada böyük nüfuza sahibdir:

 

“Azərbaycanın qarşıya qoyduğu məqsədlərin hər biri reallaşdırılacaq. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi kimi, Azərbaycan dünyaya günəştək doğacaq. Biz ölkəmizin dünyada artan nüfuzunun və gücünün canlı şahidiyik”.

 

Deputat bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun yaratdığı reallığın qarşısında heç kim dayana bilməz.

 

“Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi 2023-cü ilin sentyabrında suverenlimizin tam bərpası ilə müşayiət olundu. Bu günlərdə azad olunmuş ərazilərimizdəki Rusiya sülhməramlıların bölgədən çıxması isə Azərbaycan Prezidentinin dövlət siyasətinin daha bir uğuru idi. Az öncə Qazax rayonunun dörd qeyri-anklav kəndinin Azərbaycana qaytarılması haqqında da xəbəri aldıq. Artıq görünən budur ki, Azərbaycan torpaqlarını qarış-qarış geri qaytarır”, - komitə sədri vurğulayıb.

 

S.Seyidov söyləyib ki, Azərbaycanın təkidi ilə delimitasiya prosesi davam etdirildi və öz nəticəsini verdi:

 

“Biz inanırıq ki, digər kəndlərimizin də qaytarılması qısa müddətdə təmin ediləcək, əhalinin həmin ərazilərə köçü gerçəkləşdirəcək”.

 

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Tarix: 19 Aprel 2024, 19:52   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
137
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17387
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12500
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9971
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4139
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3735
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3185
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2995
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2589
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2222
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2104
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1569
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
970
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
962
Mayın ilk gününün havası açıqlanıb
876
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777