EN

NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər

NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri də daxil olmaqla hərbi yardımı artırmaq barədə razılığa gəliblər.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının bugünkü iclasının yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"NATO müttəfiqləri alyans boyu hərbi imkanları dəyərləndirib və qərar gəliblər ki, Ukrayna üçün ayrıla biləcək sistemlər (havadan müdafiə üçün -red.) var. Beləliklə, mən Ukrayna üçün havadan müdafiə sistemlərinin təminatı ilə bağlı tezliklə yeni elanların olacağını gözləyirəm", - NATO Baş katibi deyib.

NATO Baş katibi Almaniyanın Ukraynaya əlavə "Patriot" batareyalarının ayrılması qərarını təqdir etdiyini deyib.

"Patriot" sistemlərindən əlavə başqa müdafiə sistemləri də vardır ki, müttəfiqlər onları Ukraynaya verə bilər. Belə müdafiə sistemlər olmayan bir çox NATO müttəfiqləri isə Ukrayna üçün havadan müdafiə sistemlərinin alınması məqsədilə maliyyə dəstəyi verəcəklərinə söz veriblər".

NATO Baş katibi əlavə edib ki, iclas zamanı bir neçə NATO müttəfiqi Ukraynaya dəstəklə bağlı konkret vədlər veriblər və tezliklə bu barədə bəyan edəcəklər. Baş katib xatırladıb ki artıq Niderland, Danimarka yeni yardım paketlərini elan ediblər. "Mən ABŞ Konqresində Ukraynaya əlavə yardım paketi ilə bağlı sabah keçiriləcək səsvermə qərarını alqışlayıram".

Baş katib deyib ki, Ukrayna ona verilən hərbi dəstəklə Rusiyanın hərbi imkanlarını məhv edir: "Ukraynaya verilən yardım xeyriyyə deyil, bu bizim öz təhlükəsizliyimizə qoyduğumuz sərmayədir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
7
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14319
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11308
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9215
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3072
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2615
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2341
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2287
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2158
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1641
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
810
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
771
Azərbaycan nefti ucuzlaşdı
763
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
725
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
692
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
688
Arda Gülər dayanmır, yenə fərqləndi -
604