EN

Ələt-Astara yolunda ağır qəza - 4 nəfər yaralandı

Cəlilabad rayonunda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, qəza köhnə Ələt-Astara magistralında qeydə alınıb. İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
5
modern.az

10Sources