EN

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq? - AÇIQLAMA

Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasındakı görüşdə əldə olunub.

Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Bəs bu proses hansı ilin xəritələrinə əsaslanır?

Modern.az xəbər verir ki, Ermənistan Baş nazirinin Aparatından “Armenpress”ə bildirlib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

“Əhəmiyyətli bir nüans ondan ibarətdir ki, Komissiyaların bəyanatına görə, Sovet İttifaqının dağılması zamanı mövcud olan və hüquqi əsası olan sərhədlər bərpa olunur. Yəni Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında de-yure mövcud olmuş sərhədlərdən söhbət gedir. Onu da vurğulamaq vacibdir ki, Ermənistan və Azərbaycan arasında bütün sərhədlərin delimitasiyası prosesi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq. Bu, sərhədin delimitasiyası prosesinin əsas prinsipi kimi təsbit olunub. Bu prinsip, həmçinin yaxın aylarda tərəflər arasında razılaşdırılacaq və Parlamentdə ratifikasiya prosesi daxil olmaqla, lazımi daxili təsdiqlərdən keçəcək sərhədin delimitasiyası prosesi haqqında Əsasnamədə də təsbit edilməlidir”, - deyə Nikol Paşinuanın Aparatından qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
159
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14414
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11350
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9245
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3083
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2640
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2389
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2363
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2183
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1854
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1678
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1218
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
838
Azərbaycan nefti ucuzlaşdı
797
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
790
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
746
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
713
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
695
Arda Gülər dayanmır, yenə fərqləndi -
613