EN

300 bal yığan 40 abituriyentlə bağlı inanılmaz iddia – Deputat danışdı

Mart ayında keçirilən buraxılış imtahanlarının yekun nəticələrinə əsasən məlum oldu ki, maksimal nəticə göstərən 53 nəfərdən 40 şagird region məktəblərinin payına düşür. Bu göstəricilərdən sonra bir sıra iddialar səsləndirilməyə başladı. Əsas iddia Bakıda yaşayan şagirdlərin hazırlığa getmək üçün bölgə məktəblərində qeydiyyata düşməsi ilə bağlıdır. Bəs bu fikirlərdə doğruluq payı nə qədərdir?

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Sabah”a açıqlama verib. Qeyd edib ki, bu iddialarla bağlı faiz nisbəti çox aşağıdır:

“Düşünmürəm ki, bu məsələ paytaxtda hazırlaşıb region məktəblərində qeydiyyatda olan şagirdlərlə bilavasitə bağlıdır. Zənnimcə, region məktəblərindən olan abituriyentlərin yüksək nəticə göstərməsində əsas rol oynayan faktor valideynlər və təhsil ocaqlarıdır. Bakıda yaşayanların bölgə məktəblərində ad yazdırması ilə bağlı faiz nisbətinin çox olması ağlabatan deyil. Burada az bir şagirddən söhbət gedə bilər, ancaq böyük bir faiz olduğunu sanmıram”. 

Deputat bölgədə yaşayan sakinlərin təhsilə ciddi yanaşdığını qeyd edib: 

“Bölgələrdə valideynlər təhsilə daha çox önəm verirlər. Burada yaşayan adamlar təhsil mövzusunda daha həssas olur. Həmçinin, bir sıra hallarda region məktəblərində təhsilin keyfiyyəti daha yüksəkdir. Sadalanan amillərin sözügedən mövzuya müəyyən təsirləri var”. 

Aytac Şahin 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17239
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12408
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9935
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4070
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3657
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3157
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2965
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2555
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2177
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2094
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1532
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1085
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
962
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
953
Mayın ilk gününün havası açıqlanıb
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
773