EN

Mərhum siyasətçi mükafata layiq görüldü

Mərhum rusiyalı  siyasətçi Aleksey və onun xanımı Yuliya Navalnı beynəlxalq “Media Azadlığı Mükafatı” laureatları adına layiq görülüblər. 

"Unikal" xəbər verir ki, mükafatlandırma mərasimi aprelin 19-da Almaniyada Lüdviq Erhard Sammitində baş tutub. Yuliya Navalnaya mükafatı öz və mərhum ərinin adından qəbul edib.

Onlar bu mükafata “müqavimət hərəkatında göstərdikləri şücaət” və “Rusiyadakı qeyri-zorakı mübarizəyə görə” layiq görülüblər.

Xatırladaq ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.  A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, Yuliya Navalnaya ilə evli idi, iki övladı var.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
Sources
Comment ()
Close