Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti 2024-cü ilin ilk 3 ayında vətəndaşmüraciətlərinin araşdırılması zamanı 35,4 min manat məbləğindəsosial xarakterli ödənişlərin işçilərə ödənilməsiningecikdirildiyini müəyyən edib.
Nazirlikdən Trend-ə verilənxəbərə görə, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiqişəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təminolunub.
Ödənilən vəsaitin 81 faizi əməkhaqları, qalan hissəsi sosialmüavinət və kompensasiyalardan ibarət olub.
Cari ilin yanvar-mart aylarında 26 işçi ilə əmək müqavilələrinəqanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət ƏməkMüfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həminişçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.