EN

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

İsrail rəsmi olaraq İrana zərbənin məsuliyyətini üzərinə götürməyəcək.

 

Sfera.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar bu taktikanı strateji mülahizələrlə izah ediblər. “The Jerusalem Post” məsələni bu cür vurğulayıb:

 

“Strateji səbəblərə görə İsrail İrana hücuma görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyəcək”.

 

Qeyd edək ki, bu gün səhər saatlarında İsfahan şəhərində partlayış baş verib. ABŞ mediası bildirib ki, İsrail İrana raket zərbələri endirib. Bundan sonra ölkənin bir neçə şəhərinin üzərində mülki aviasiyanın uçuşları dayandırılıb.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
Sources
Comment ()
Close