EN

Bu materialları mediaya təqdim edənlər cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya videoçəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək.

 

Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.


Layihəyə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.


Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. (qafqazinfo)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
37
oxu24.com

10Sources