EN

İlham Əliyevin Berlinə səfəri gözlənilir…

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın paytaxtı Berlin şəhərinə səfəri gözlənilir.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.

Səfərin aprelin 26-da baş tutacağı bildirilir. Məlumata görə, gələn həftə Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

“İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə bu ilin fevral ayının 17-də Almaniyaya səfər edib. Dövlət başçısı Münhendə Şolts və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
2
veteninfo.az

3Sources