Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr başa çatıb.
APA xəbər verir ki, bu barədə məhkəmənin press-relizində məlumat verilib.
Bildirilib ki, aprelin 15-də başlamış ictimai dinləmələr zamanı Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı isə Ermənistanın Beynəlxalq Hüquqi Məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan təmsil edib.
Bildirilib ki, məhkəmə indi öz müşavirəsinə başlayacaq.