Türkiyənin Bursa şəhərində mebel fabrikində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım qrupları cəlb edilib.
Təxminən 2 saat ərzində yanğın tamamilə söndürülüb.
Hadisə nəticəsində fabrikə külli miqdarda ziyan dəyib.
Yanğının səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə