EN

Qərb ölkələri sanksiyaların nəticələrini düşünmür -Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələri nəticələrini düşünmədən Rusiyaya qarşı sanksiyaları artırır.

“İki sahil” xəbər verir ki, rusiyalı nazir bunu Rusiyanın “Sputnik”, “Moskva danışır” və “Komsomolskaya Pravda” radiostansiyalarına müsahibəsində deyib.

“Onlar bu sanksiyaları tamamilə düşünmədən, nəticənin nə olacağını düşünmədən artırırlar”, - Lavrov vurğulayıb.

Nazir əlavə edib ki, Rusiya ölkənin inkişafını məhdudlaşdıra biləcək bütün sahələrdə artıq Qərbdən asılı olmamaq qərarına gəlib.

Qeyd edək ki, bir müddət əvvəl amerikalı analitik Mark Episkopos Rusiyaya qarşı sanksiya rejiminin uğursuzluğunun ABŞ-ın xarici siyasətindəki problemlərdən xəbər olduğunu bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
Sources
Comment ()
Close