EN

İsrail: "İran ərazisini vurmaq imkanımız olduğunu göstərdik"

İran ərazisi İsrail ordusunun hədəfində olub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ mətbuatı hücumun məqsədini İsrail rəsmisinin sözləri ilə çatdırıb.

İranın İsrailə hava zərbələri endirməsindən sonra Tel-Əvivdən cavab gəlib.

Təl-Əviv rəsmiləri Tehranın raket və dron hücumuna cavab olaraq İran ərazisinə hava hücumu təşkil etdiklərini bildiriblər.

ABŞ mətbuatına danışan rəsmilər hücumun səhər İrandakı məntəqələri hədəf aldığını təsdiqləyib. 

\"Washington Post”un İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, İsrailin məqsədi İran ərazisinə hücum etmək imkanına malik olduğuna işarə etmək olub.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Nüvə Təhlükəsizliyi Komandanlığı xəbərdarlıq edib ki, İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək cəhdi nüvə doktrinasına yenidən baxılması və əvvəllər elan edilmiş siyasətlərdən kənara çıxması ilə nəticələnə bilər.

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
232
50
azxeber.com

10Sources