EN

“Servis və depozit haqqı”...

Restoranların yeni vergi növü, yoxsa cibgirlik...

Paytaxt Bakıda son dövrlərdə restoran, kafe və ictimai iaşə müəssisələrində az qala ənənəyə və vərdişə çevrilən “servis haqqı” pulu müştərilərin narazılıq etdiyi əsas hallardan biridir. Belə ki, şəhərin mərkəzində fəaliyyət göstərən kafe və restoranların əksəriyyətində müştərinin sifariş verdiyi yemək, qəlyanaltı, çay dəsti və s. xidmətlərin cəmi qiymətinin üzərinə əlavə olunan bu ödənişin dəyəri məkana və ictimai iaşə obyektlərinin adına görə dəyişir. Mərkəzdə və dəniz sahillərində xidmət göstərən iaşə obyektlərində “servis haqqı” adətən 10 faizdir, bir qədər kənarlarda isə 5 faiz təşkil edir. Bu ödəniş ümumi qiymət qəbzində əks olunduğundan sanki müştərinin məcburi ödəmə borcudur. Halbuki bu, menyuda öz əksini tapmayıb.

“Servis haqqı” kassa çeki deyil...

Məsələ ondadır ki, bəzi ictimai iaşə obyektləri müştəriləri aldadaraq təqdim etdikləri qəbzləri alınmış malın və xidmətin dəyəri kimi, yəni kassa çeki kimi təqdim etməyə çalışırlar. Ancaq həmin qəbz restoranın və ictimai iaşə obyektinin kassa çeki deyil, çünki kassa çekinin rekvizitləri tamamilə fərqlidir. Kassa çeklərində vergi ödəyicisinin adı, VÖEN, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvanı, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləği, ödənilmiş məbləğ, müştəriyə qaytarılan məbləğ, ödənişin forması və s. məlumatlar əks olunur.

“Xidmət haqqı”nın qeyd edildiyi qəbz isə sadəcə, həmin obyektin tələb etdiyi ödənişin kağızıdır. Ona görə də, restoranların təqdim etdiyi bu qəbzlərin fiskal sənəd hesab edilmədiyindən hüquqi əsası yoxdur. Müştəri məhsulu sifariş verərkən yemək və içkilərin, şirniyyat və desertlərin, digər qida mallarının menyudakı qiymətinə uyğun olaraq xərclərini hesablayır və yekunda məhz menyunun xərc qrafasına uyğun pulunu ödəmək öhdəliyi daşıyır. Yuxarıda da vurğuladığımız kimi kassa çekində həmin mal və xidmətlərin dəyəri əks olunur.

Ona təqdim edilən ödəniş qəbzində isə əlavə olaraq 10-12 faiz pulun hesablanması isə fürsətçilik və qanunsuzluqdur. Onsuz da restoranlardakı qiymətlər bahadır, bu azmış kimi “servis haqqı” tələb etmək cibgirliyin müasir növüdür.

Əksər hallarda restoran və kafe sahibləri servis xidmətinə görə, alınan pulu ofisiantların maaşlarına əlavə kömək məqsədi güddüyünü, yaxud həmin pulun tərkibində xadimə, mühafizəçi, süfrə aksesuarlarının yenilənməsi, sıradan çıxan zəruri avadanlıqların təmiri üçün tutulduğunu əsaslandırmağa çalışırlar. Bütün bunların da heç bir hüquqi əsası yoxdur. Müəssisə işçiyə verdiyi əməkhaqqını, cari xərclərini, təmir və avadanlıqların bərpası üçün vəsaitləri ümumi gəlirlərindən hesablayır və vergi orqanına təqdim edilən bəyannamədə bütün bunlar xərc maddələrinin tərkibində yer alır. Ona görə də, qanunvericilikdə “servis haqqı”nın restoran və ya iaşə müəssisənin xərc portfelinə daxil olması barədə heç bir hüquqi istinad olmadığından həmin pulların tələb edilməsi qanunsuzluqdur.

Onu da nəzərə almaq lazımdır ki, ictimai-iaşə müəssisələri faktiki olaraq həm də turizm xidmətləri göstərən obyekt hesab edildiyindən fəaliyyətləri turizm paketlərinə aid olunur. Turizm xidmətləri paketində isə müştərinin qida ilə bağlı “servis haqqı” adlı məhsul nəzərdə tutulmayıb.

Yeni “vergi” - “depozit haqqı”...

Məsələ ondadır ki, müasir cibgirlik təkcə, “servis haqqı” ilə bitmir. Bir çox restoranlar “depozit haqqı” da tətbiq etməkdədir. Belə ki, restoranda xüsusi otaq və yer, VİP oturacaq bölməsini əvvəlcədən “bron” etməklə gün ərzində digər müştərilərin orada əyləşməsi qadağan edilir. Həmin yer boş qalsa belə sifariş verənlərin əlavə ödənişin müqabilində bir neçə saat onların inhisarında qalır. “Depozit haqqı” da müxtəlif ünvan və restoranların adına və brendinə görə dəyişir. Məsələn, 45 manatlıq çay dəstgahı üçün xüsusi stolun “depozit haqqı” ilə birlikdə qiyməti 100-150 manat təşkil edir.

“Servis haqqı” və “depozit haqqı” hansı qanunsuzluqlara səbəb olur?

İlk növbədə, bu, müştərilərin hüquqlarının pozulması, ayrı-seçkilikdir. İaşə sektorunda xidmətlər hamı üçün bərabər və əlçatan olmalıdır. Xüsusilə də bu, etik davranış qaydalarının pozulması, istehlakçıya qarşı hörmətsizlik, hətta tıərbiyəsizlikdir. Hansısa müştəri “depozit haqqı” verə bilmədiyinə görə, “yer çatışmazlığı” səbəbindən həmin restoranı tərk etməyə məcbur olur və bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirir. Nəticədə bu, istər hüquqi, istərsə də mənəvi cəhətdən müştəri məmnunluğunun ictimai xidmət sektorunda heçə sayılması deməkdir.

İkincisi, süni qiymət artımını təşviq edən üsullardan biridir. Dolayısı ilə mal və xidmətin dəyəri 10-15 faiz bahalaşır. “Depozit haqqı”nda isə qiymətlər 2-3 dəfə bahalaşmış olur. Nəticədə anti-inhisar qanunvericiliyinə zidd olaraq süni qiymət bazarı yaranmış olur.

Üçüncüsü, vergidən yayınmadır. Müştərinin istehlak etmədiyi mal və xidmətə görə əlavə pulun hesablanması həmin xidmətin vergi dəyərinə aid olmadığından bu, açıq şəkildə vergidən yayınmaq, vergi qaçaqçılığıdır.

Qanun nə deyir?

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, müştəri ona göstərilməyən xidmətlərə görə, ondan əlavə pul tələb edən xidmət müəssisəsindən şikayət edə, məhkəməyə verə bilər. “Antiinhisar fəaliyyəti haqqında” qanunun müvafiq tələblərinə əsasən, bazarda haqsız qiymət təyin etmək, istehlakçıların hüquqlarını pozmaq məsuliyyət yaradan haldır. Bu baxımdan müştəriyə təqdim edilən məhsulun çəkisi, dəyəri, növü ilə bağlı qiymətlərə əlavə xərclərin daxil edilməsinə görə, hər bir vətəndaşın narazılıq etməyə, həmin əlavə pulu verməməyə haqqı vardır. 

E.CƏFƏRLİ

Chosen
52
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21917
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19465
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18345
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17811
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17341
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17178
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16267
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15663
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12179
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11324
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9882
"Zaur, yenə çaşdın..." - VİDEO
8907
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8747
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8092
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7670
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7312
Minimum əmək haqqı nə qədər arta bilər?
7126
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6496
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5830