EN

Rusiyada təyyarə qəzası: Yerə çırpıldı

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsi döyüş tapşırığını yerinə yetirdikdən sonra aerodroma qayıdarkən Stavropol vilayətində qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarə yerə çırpılmamış pilotlar paraşütlərlə atılıblar. Üç ekipaj üzvü həyatını xilas edə bilib, dördüncü pilot axtarılır.

Müdafiə Nazirliyi Tu-22M3-ün göyərtəsində sursatın olmadığını və partlayışın olmadığını bildirib. İkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
teleqraf.com

1Sources