Göygöl şəhərində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
"Unikal" report-a istinadən xəbər verir ki, "VAZ-2107" və digər markalı avtomobillərin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü S.Veyisli, 2003-cü il təvəllüdlü E.Hüseynov və 2003-cü il təvəllüdlü R.Mərdənov müxtəlif xəsarətlər alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.