EN

ABŞ Fələstinin BMT-yə üzv olmasına qarşıdır

Birləşmiş Ştatlar Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü ilə bağlı qətnamə layihəsinin əleyhinə səs vermək niyyətindədir.Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel məlumat verib.
 
O, Birləşmiş Ştatların Fələstin-İsrail münaqişəsinin "iki dövlət” həllinə sadiq olduğunu təsdiqləyib, lakin BMT-ni "tələsik hərəkətlərdən” çəkinməsi ilə bağlı xəbərdarlıq edib.
 
Patelin sözlərinə görə, bu hərəkətlər Fələstinin dövlətçilik əldə etməsinə kömək etməyəcək. O vurğulayıb ki, regionda sabit sülh yalnız "iki dövlət” prinsipi əsasında, eləcə də İsrailin təhlükəsizliyinin təmin olunması şərti ilə bərqərar olacaq.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
37
anews.az

10Sources