EN

Rusiya nəqliyyat dəhlizlərinin modernləşməsinə sərmayə yatırmağa hazırlaşır

Yaxın Şərqdə sabitliyin pozulduğu zamanda Rusiya Avropa ilə Asiyanı birləşdirəcək iki nəqliyyat dəhlizinin formalaşması istiqamətində tədbirlər həyata keçirir. "Azərtac" xəbər verir ki, Rusiya İran ərazisindən keçən dəmir yolu və Arktikanın dəniz yolları ilə Çin və Hindistan ilə ticarətini genişləndirmək istəyir. Buna Ukrayna müharibəsinə görə təcrid olunmuş vəziyyətə düşmüş Rusiyaya tətbiq olunan sanksiyalar səbəb olub. Bu nəqliyyat dəhlizləri tranzit yüklərin daşınması müddətini 30-35 faiz azaltmaqla yanaşı, İsrailin HƏMAS-a qarşı Qəzzadakı müharibəsinə görə Qırmızı dənizdə husilərin yaratdığı təhlükədən yan keçir. Asiyanın iri iqtisadiyyatına malik olan dövlətlər sanksiyalara baxmayaraq Rusiyanın təklif etdiyi dəhlizlərə böyük maraq göstərirlər.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan ilə Rusiyanın Avropa hissəsini birləşdirir. Lakin İranın köhnəlmiş nəqliyyat infrastrukturu və Şimal dənizinin buz örtüyü problemlər yaradır. Qlobal istiləşmə buzların tədricən əriməsinə səbəb olur. Lakin bu dəniz yolunda hələ ki, logistika problemləri mövcuddur. Rusiya hər iki nəqliyyat dəhlizinin modernləşməsi üçün 25 milyard dollar həcmində sərmayə yatırmağa hazırlaşır.

Ötən 2023-cü ilin mayında Rusiya İrana 1,4 milyard dollar kredit ayırıb ki, Rəşt-Astara dəmir yolunun tikintisini başa çatdırsın. Xəzər dənizi sahilində yerləşən İranın Rəşt şəhəri ilə Azərbaycanın Astara şəhəri arasında çəkiləcək 162 kilometrlik dəmir yolu Fars körfəzi sahilindəki Bəndər-Abbas limanı ilə Rusiyanın Sankt-Peterburq liman şəhərini birləşdirəcək.

“Bu yolun tikintisi bizə birbaşa və kəsintisiz dəmir yolu əlaqəsi yaratmağa və dünya ticarət yollarının diversifikasiyasına imkan verəcək”, - deyə Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisi ilə videokonfrans vasitəsilə söhbət zamanı deyib.

Avrasiya İnkişaf Bankının hesablamalarına görə, Mərkəzi Asiya ölkələrinin dəmir yollarını və Trans-Xəzər Beynəlxalq Nəqliyyat marşrutunu özündə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi 2023-cü ilə kimi 85 faiz artaraq ildə 35 milyon tona çatacaq. Bu dəhliz Rusiya, İran, Hindistanı, Cənubi Asiyanı Fars körfəzi və Afrika ilə birləşdirəcək. Ötən ilin avqustunda Rusiya ilk yük qatarını bu dəhlizlə Səudiyyə Ərəbistanına göndərib. “Digər marşrutlar dayana bilər. Lakin bu marşrut daim işləyəcək, çünki o sanksiyaların təsir dairəsindən kənarda qalır”, - deyə Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının analitiki Nikita Smaqin bildirib.

2023-cü ildə Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsinin həcmi 2 dəfədən çox artaraq 240 milyard dollara çatıb ki, bu da 2020-ci ilin dövriyyəsindən 108 milyard dollar çoxdur. Hindistan ilə Rusiyanın ticarət dövriyyəsi isə 3 il əvvəlki 10 milyard dollar həcmindən 64 milyard dollara qədər yüksəlib. Çin, Hindistan və Cənub Şərqi Asiya ölkələri ilə artan ticarət dövriyyəsi və neft satışından əldə olunan gəlir Rusiyanı şərq istiqamətindəki nəqliyyat dəhlizlərinin inkişafına milyardlarla dollar sərmayə yatırmağa məcbur edir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi qlobal xarakter daşıyır və dəhliz ərazisindən keçdiyi hər bir dövlətə səmərəli iqtisadi imkanlar yaradır.

Chosen
35
50
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19918
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19104
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17480
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16164
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15952
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15928
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15219
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11729
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11215
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7898
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7754
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7599
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7331
Minimum əmək haqqı nə qədər arta bilər?
7007
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6103
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696