EN

Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə üzv olması ilə bağlı qətnaməni dəstəkləməyəcək

ABŞ BMT Təhlükəsizlik Şurasının Fələstinin təşkilatın tamhüquqlu üzvlüyünə qəbulu ilə bağlı qətnamə layihəsinə qarşı çıxacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Bununla belə, Patel ABŞ-nin Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllinə sadiq olduğunu təsdiqləyib.

"BMT-yə üzv olmaq Fələstinin dövlətçilik əldə etməsinə yardımçı olmayacaq", - Departament rəsmisi bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
7
milli.az

7Sources