EN

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) həm qardaş Azərbaycan və Türkiyə, həm də bütün dünya üçün çox vacib nəticələr verəcəyinə inanıram.


Bu fikri Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı səsləndirib.


COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edən türkiyəli nazir, bu tədbirə çox ciddi hazırlıq prosesinın şahid olduqlarını diqqətə çatdırıb.

İqlim dəyişikliyi məsələsinin bütün ölkələr üçün vacibliyini vurğulayan nazir deyib: “Azərbaycanda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir. Ölkəmiz də bu tədbirdə aktiv iştirak edəcək. Türkiyə su ehtiyatlarının artırılması başda olmaqla, biomüxtəlifliklə bağlı bir çox sahəyə töhfə vermək niyyətindədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
2
ekologiya.az

3Sources