EN

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Naxçıvan, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Nəsillərə nümunə” adlı yubiley konfransı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və konfrans iştirakçıları əvvəlcə akademik Rəhim Rəhimovun universitetin konservatoriya binasının qarşısında qoyulmuş büstü önündə xatirə fotosu çəkdiriblər. Sonra qonaqlar incəsənət fakültəsinin tələbə və müəllimlərinin yaradıcılığından ibarət rəsm əsərləri ilə tanış olublar.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Rəhim Rəhimovun mənalı ömür yolunu, zəngin elmi və tibb fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən elmi əsərlər Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin kitabxanasına təqdim olunub.

Konservatoriya binasının akt zalında işə başlayan “Nəsillərə nümunə” adlı yubiley konfransında əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın işinə uğurlar arzulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunur. Təbii ki, yubiley ilində Naxçıvanın yetirdiyi görkəmli dövlət xadimlərinin, alim, ziyalı və ədiblərin, sənət adamlarının da ömür yoluna, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə nəzər salınır. Bu mənada, akademik Rəhim Rəhimovun anadan olmasının 100 illiyinin Naxçıvanda qeyd olunması əhəmiyyətlidir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, Azərbaycan tibb elminə mühüm töhfələr vermiş böyük elm adamının nümunəvi həyat yoluna həsr olunmuş konfransın təşkili universitet həyatında əlamətdar hadisədir.

Universitetin İncəsənət fakültəsinin müəllimi, Əməkdar rəssam Cavid İsmayılovun akademik Rəhim Rəhimova həsr etdiyi portreti görkəmli alimin oğlu, tibb elmləri doktoru, professor Çingiz Rəhimova təqdim edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 60 ilə yaxın Azərbaycan tibb elminə şərəflə xidmət etmiş alim həm də böyük elm və səhiyyə təşkilatçısıdır. Respublikamızda onkologiyanın inkişafında misilsiz xidmətləri olan alim bu sahədə ilk peşəkar mütəxəssislərin hazırlanması və onkoloji sahənin maddi-texniki bazasının formalaşması istiqamətində əvəzsiz işlər görüb.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Akademik Rəhim Rəhimovun elmi-nəzəri və elmi-təşkilati fəaliyyəti” və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva “Naxçıvan məktəbinin yetişdirdiyi tibb xadimləri və davamçıları” mövzularında məruzə ediblər.

Sonra Milli Onkologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, akademik Asəf Hacıyevin çıxışları dinlənilib, akademik Rəhim Rəhimovun zəngin həyat yolundan bəhs edən film nümayiş olunub.

Konfransda Naxçıvan Dövlət Universitetinin qabaqcıl tələbələrindən Əli Ələkbərliyə “Rəhim Rəhimov adına Təqaüd” təqdim olunub.

Akademik Rəhim Rəhimovun oğlu, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimov ailə üzvləri adından konfransın təşkilinə görə minnətdarlıq edib.

Chosen
57
3
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20136
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19153
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18170
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17521
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16309
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16069
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15969
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15280
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11795
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11219
"Zaur, yenə çaşdın..." - VİDEO
8798
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8035
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7924
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7710
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7368
Minimum əmək haqqı nə qədər arta bilər?
7016
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6879
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6169
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5704