EN

“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi”

Keçən ilin martında Nəsimi rayonu 4-cü mikrorayonda yerləşən “Şeyx Lahmacun” restoranının sahibi və oğluna qarşı cinayətdə təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Qəbələ sakini 2001-ci il təvəllüdlü Şahin Quliyev və Cəlilabad sakini 2000-ci il təvəllüdlü Sakit Əlişova hökm oxunub.

Məhkəmədə məlum olub ki, Şahin Quliyev həmin restoranda kuryer kimi çalışıb və dostu Sakitlə birgə restoran sahibinə qarşı cinayət planı qurublar. Ötən il martın 25-i gecə saatlarında iş bitərkən Şahin işinin olduğunu deyərək restoranı tərk etməyib. Bu zaman o, zirzəmiyə düşərək elektrik və su xətlərini yoxlamaq istəyən restoran sahibi Rac Abramovu təqib edib və oradaca özü ilə gətirdiyi dəmir alətlə ona hücum edib. Həmin vaxt arxa qapıdan içəri daxil olan Sakit də Şahinə kömək edib. Bundan sonra iş adamının 11 yaşlı oğlu səs-küy eşidərək zirzəmiyə düşüb və Şahinlə Sakit onu da tutaraq stula bağlayıblar. Onlar Abramovu övladının həyatı ilə hədələyərək 200 min manat tələb ediblər.

Məhkəmədə psixoloqun müşayiəti ilə ifadə verən Rac Abramovun oğlu hadisəni belə təsvir edib:

“Atam “Şeyx Lahmacun” adlı kafeni işlədir, mən də tez-tez oraya gedirəm. Şahin də atamın iş yerində kuryer kimi çalışırdı. İş vaxtı bitdikdən sonra atam həmişə aşağıda işıqlara baxmaq və söndürmək üçün zirzəmiyə düşür. Hadisə olan gün Şahin kafedə qalaraq işinin olduğunu və bizimlə birlikdə çıxacağını dedi. Atam Şahinlə aşağı düşdükdən sonra Sakit arxa qapıdan içəri girdi. Daha sonra atamın “burax, nəfəsim kəsilir” deyə qışqırdığını eşitdim, aşağıya düşərək orada nə olduğunu öyrənmək istədim. Lakin Sakit mənə aşağı getməməyi dedi, mən getmək istədikdə başımdan tutaraq divara bərk vurdu, ağzımı əli ilə bağladı. Təxminən 20 dəqiqə ağzımı bağlı saxladı. Daha sonra Sakit məni içəri keçirəndə hər yerin qan içində olduğunu gördüm. Şahin isə bu zaman atamı boğurdu. Sakit daha sonra məni soyunub-geyinmə otağına apardı, orada da stulda oturdaraq əl-qolumu bağladı, sonra isə dönər bıçağı ilə gələrək pulların yerini deməyimi tələb etdi. Yoxsa atamın ayağını kəsib qabağıma atacağını dedi. Pulun yerini bilmədiyimi desəm də, Sakit dəfələrlə gedib-gəlib eyni sualı təkrar edirdi. Daha sonra Şahin əl-qolumu açdı və bizi buraxdılar. Şahin dedi ki, guya onları tanımırıq, Sakit ora gəlməyib, atam isə guya pilləkəndən yıxıldığı üçün başı deşilib və üst-başı buna görə qan olub. Hadisə təxminən yarım saat davam edib”.

Ekspertiza rəyində Rac Abramovun hadisə vaxtı çoxsaylı xəsarət alması təsdiqini tapıb.

Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri (Qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilib. Şahin və Sakitin hər birinə 12 il həbs cəzası verilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Chosen
46
10
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21316
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19357
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18290
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17696
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16933
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16762
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16113
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15546
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12041
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11281
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9353
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8427
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8016
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7549
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7190
Minimum əmək haqqı nə qədər arta bilər?
7103
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6387
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5777