Zəngilanda silah-sursat aşkar edilib. Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı bir avtomat, iki daraq və 43 patron aşkar edilib. Faktla bağlı araşdırma aparılır.