EN

BVF ABŞ-də yüksək əmək məhsuldarlığının səbəblərindən danışıb

Vaşinqton. Trend:

ABŞ iqtisadiyyatını Aİ iqtisadiyyatından üç amilfərqləndirir.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçıdirektoru Kristalina Georgiyeva BVF-in Vaşinqtonda keçirilən yaziclasları çərçivəsində qlobal siyasət üzrə brifinqdə deyib.

"Hamımızın bildiyi kimi, inflyasiyanın artmasından öncəki sononilliklər ərzində faiz dərəcələri zaman-zaman çox aşağı, bəzən isəhətta mənfi olub. Müxtəlif ölkələrdə məhsuldarlığa və iqtisadiartıma təsir göstərən bir çox faktor var. Məhsuldarlığın ləngiməsiiqtisadi artımın ləngiməsinin yeganə səbəbi deyil. Digər amillər dəvar. Beləliklə, niyə ABŞ-də vəziyyət Avropadakından daha yaxşıdır?ABŞ iqtisadiyyatını fərqləndirən üç amil mövcuddur. Bunlardan biriinnovasiyaların gücü və innovasiyaların biznesin inkişafı üçün nəqədər asanlıqla tətbiq olunmasıdır, sonra isə onların istifadəmiqyası genişlənir. Biz bilirik ki, Avropada innovasiyalarınpotensialını kəşf etmək üçün hələ çox iş görmək lazımdır", - odeyib.

Georgiyevanın sözlərinə görə, ikincisi, ABŞ xaricdən gələn işçiqüvvəsinin çoxluğundan qazanır.

"Bu, daxili siyasi problem yaradır və sərhədi keçən heç də hərkəs iqtisadiyyata müsbət töhfə vermir, lakin işçi qüvvəsinin təklifolunması ABŞ-yə daha bir müqayisəli üstünlük verdi: işçi qüvvəsiçatışmazlığı səbəbindən güclü təzyiqin olmadığı üçün əmək haqlarıartmır. Üçüncü, səbəb isə ABŞ-nin enerji daşıyıcıları baxımındandaha əlverişli şərtlərdən yararlanmasıdır ki, bu da Avropa üçünolduqca ciddi amildir. İnsan kapitalına daha çox investisiyalarıbuna əlavə etsək, işçi qüvvəsini daha çevik və dinamik edə,həmçinin kapital bölgüsünü daha səmərəli həyata keçirə bilərik ki,bu da məhsuldarlığın artmasına səbəb olacaq", - deyə o əlavəedib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq ValyutaFondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinəbaşlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 apreltarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərindəkeçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-MaliyyəKomitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ vəBVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə vəinkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaşcəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir arayagələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünyaiqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılmasıvə iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Chosen
136
3
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21543
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19390
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18310
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17752
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17066
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16908
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16151
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15597
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12087
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9570
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8575
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8043
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7586
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7228
Minimum əmək haqqı nə qədər arta bilər?
7116
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6444
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799