Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat yol qəzasına düşüb.
Day.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, yol qəzası nəticəsində xəsarət alıb.
XÉ™sarÉ™t alan H.Büyükfırat Bakıdakı özÉ™l klinikaların birinÉ™ yerləşdirilib.Â
Hazırda onun müalicələri davam etdirilir.
Qeyd edək ki, türkiyəli iş adamı 1992-ci ildən Azərbaycanda yaşayır. O, "Büyükfırat" Şirkətlər Qrupunun prezidentidir.